® Yeni Azərbaycan Partiyasının namizədi MİXAİL ZABELİN Qaradağ rayonunun Korgöz qəsəbəsində seçicilərlə görüş keçirib - FOTOSESSİYA

<font color=red>® </font> Yeni Azərbaycan Partiyasının namizədi <font color=red>MİXAİL ZABELİN</font> Qaradağ rayonunun Korgöz qəsəbəsində seçicilərlə görüş keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 20 oktyabr 2010 12:03 (UTC +04:00)
Bu barədə APA-ya Mixail Zabelinin Seçki Qərargahından məlumat verilib.

Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, YAP-ın səlahiyyətli nümayəndəsi Aydın Hüseynov ümummilli liderimiz Heydər Əliyev siyasətinin uğurlu davamının Azərbaycanı böyük inkişaf yoluna çıxardığını qeyd edib: “Nəticədə Azərbaycan bu gün regionun ən inkişaf etməkdə olan ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır”.

Deputatlığa namizədin həyatı və fəaliyyəti barədə bəhs edilərkən qeyd olunub ki, Mixail Zabelin hər zaman Vətəni Azərbaycanın maraqlarını sədaqətlə müdafiə edib. O, 1946-cı ildə Bakı şəhərində anadan olub və əmək fəaliyyətinə Azərbaycan Geologiya İdarəsində başlayıb. Mixail Zabelinin qeyri-adi təşkilatçılıq keyfiyyətləri onun keçmişdə də müxtəlif vəzifələrə irəli çəkilməsinə səbəb olub.

Qeyd edilib ki, Mixail Zabelin bir vaxtlar Azərbaycan KP MK-nın katibi olan ulu öndər Heydər Əliyevin referenti, Azərbaycan KP MK-nın partiya təşkilatı işi şöbəsinin müfəttişi, Nizami rayon icraiyyə komitəsinin sədri vəzifələrində işləyib. Mixail Zabelin Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvüdür.

Tədbirdə vurğulanıb ki, 1993-cü ildə respublikanın 91 ziyalısının ümummilli lider Heydər Əliyevə ünvanlanan müraciətində Mixail Zabelinin də imzası olub. Mixail Zabelin bu gün də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin siyasətini dəstəkləyir.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi Mixail Zabelin son illərdə ölkəmizdə aparılan siyasətin nəticəsində bütün sahələrdə böyük inkişaf müşahidə olunduğunu bildirib. Bu inkişafdan Qaradağ rayonuna da pay düşdüyünü söyləyən namizəd dövlətimizin başçısının hər zaman rayona qayğı ilə yanaşdığını deyib: “Ölkə sürətlə inkişaf edir, dəyişir, insanların yaşayışı yüksəlir. Mən inanıram ki, Azərbaycan inkişaf etdikcə, insanların rifahı bundan sonra daha da yüksələcək. Dövlətimizin məqsədi insanları layiqli həyatla təmin etməkdən ibarətdir”.

Platformasından bəhs edən Mixail Zabelin qəsəbə sakinlərinin ona səs verəcəyi və deputat seçiləcəyi təqdirdə verdiyi bütün vədlərin həyata keçirilməsinə çalışacağını deyib.

Görüş iştirakçıları isə mövcud problemlər barədə namizədə məlumat verib, təkliflər irəli sürüblər. Görüşdən razı qalan qəsəbə sakinləri Yeni Azərbaycan Partiyasının 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi olan Mixail Zabelinə səs verəcəklərini söyləyiblər.

Qəsəbə sakini Sabir Etibarov deyib ki, YAP-ın namizədləri hər zaman verdiyi sözlərin üstündə durublar: “Onlar böyük işlər görməklə yanaşı, hər kəsin problemini öz problemləri kimi qəbul edirlər. Ona görə də, YAP-ın namizədinə səs verməliyik və belə də edəcəyik”.

Qəsəbə sakini Zamin Gülbalayev söyləyib ki, “mən hər zaman bizimlə olan şəxsin deputat seçilməsini arzulayıram. Bu səbəbdən də, Mixail Zabelinə səs verəcəyəm”.

Sakin Nail Baloğlanov hər kəsi, bütün qəsəbə sakinlərini də eyni seçimi etməyə – YAP-ın namizədlərinə səs verməyə çağırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR