Əhməd Davudoğlu: "Avropa və Asiya mədəniyyətləri Türkiyə və Azərbaycanın qurduğu xətti üzərində birləşəcək”

Əhməd Davudoğlu: "Avropa və Asiya mədəniyyətləri Türkiyə və Azərbaycanın qurduğu xətti üzərində birləşəcək”
# 04 dekabr 2015 11:41 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Türkiyə-Azərbaycan münasibətləri hər iki hansı iki ölkə arasında olan münasibətlərdən çox fərqli və xüsusi yerə sahibdir”.

APA-nın məlumatına görə, bu sözləri Türkiyəтшт baş naziri Əhməd Davudoğlu ADA Universitetində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyənin inkişafı Azərbaycanın, Azərbaycanın inkişafı isə Türkiyənin inkişafı deməkdir:

“Biz münasibətlərimizdə qarşılıqlı mənfəət güdməyən, birinin mənfəəti üçün digərinin də mübarizə apardığı iki ölkəyik. Biz birlikdə planlaşdırır, birlikdə tətbiq edirik və gələcəyə birlikdə irəliləyirik. Biz bu coğrafiyada önəmli layihələri birlikdə planlaşdırırıq. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum xətləri Xəzəri Anadoluya birləşdirdi. İndi də 2 böyük layihə ilə Avrasiyanı bir ucdan digər ucuna birləşdirmək əzmindəyik. Birincisi TANAP-TAP layihəsidir. Uzun illər Xəzər qazını Avropaya çatdırmaq üçün "Nabucco" kimi layihələr gündəmə gəldi, amma Avropa lazımi diqqət göstərmədi. Azərbaycanla Türkiyə əl-ələ verib TANAP layihəsini reallaşdıranda TANAP üzərindən bu dəfə TAP layihəsi irəli sürüldü və bu, Xəzər dənizini Adriatik dənizinə bağlamış oldu. Biz vaxtilə Böyük İpək Yolu üzərində karvanların keçdiyi hər dəhlizi boru xətləri və sürət qatarları ilə birləşdirəcəyik. Bakı-Tbilisi-Qars təkcə bu 3 şəhəri bir-birinə bağlayan layihə deyil, Pekindən Londona gedəcək Yeni İpək Yolu layihəsinin orta dəhlizinin ana onurğasıdır. Marmaray layihəsini də buna görə yaratdıq. G20 çərçivəsində Çinlə bu sahədə bir sənəd imzaladıq. Yaxın günlərdə prezident İlham Əliyevin Çinə səfəri zamanı bu məsələ müzakirə ediləcək. Avropa və Asiya mədəniyyətləri Türkiyə və Azərbaycanın qurduğu xətti üzərində birləşəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR