Yevlaxda kanala düşən uşaq tapılıb - YENİLƏNİB

Yevlaxda kanala düşən uşaq tapılıb - <span style="color: red;">YENİLƏNİB
# 15 avqust 2016 14:55 (UTC +04:00)

Bakı-APA. Yevlax rayonunda kanala düşən uşaq tapılıb.

APA-nın FHN-in saytına istinaən verdiyi məlumata görə, rayonun Aran qəsəbəsində Yuxarı Qarabağ kanalına düşmüş azyaşlı vətəndaşlar tərəfindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

***

14.57

Bakı-APA. Yevlax rayonunda azyaşlı kanala düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Yevlax rayonu, Aran qəsəbəsində bir azyaşlının Yuxarı Qarabağ kanalına düşməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR