Azərbaycanda dələduzluqda təqsirləndirilən tanınmış vəkilə hökm oxunub

 Azərbaycanda dələduzluqda təqsirləndirilən tanınmış vəkilə hökm oxunub
# 12 noyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən vəkil Mənsum Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, M. Bayramova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

M. Bayramov 2005-ci ildə AXCP-dən deputatlığa namizəd olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR