İSESCO-nun baş direktoru: "Rusiya öz hərbi qüvvələrini dərhal Suriyadan çıxarmalıdır"

İSESCO-nun baş direktoru: "Rusiya öz hərbi qüvvələrini dərhal Suriyadan çıxarmalıdır"
# 02 oktyabr 2015 12:53 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri Rusiyanın BMT mandatı olmadan Suriyaya müdaxiləsini və suriyalı vətəndaşların ölümü, mülki obyektlərin məhv edilməsi ilə nəticələnən hava zərbələrini pisləyib.

APA-nın xəbərinə görə, bu barədə İSESCO-nun saytında yer alan məlumatda deyilir. Baş direktor Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya tərəfindən həyata keçirilən zorakılığın beynəlxalq sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyini və bunun dünyada xaosun geniş yayılmasına gətirib çıxara biləcəyini bəyan edib.

Əbdüləziz bin Osman əl-Tuveycri Rusiyanı Suriyadan dərhal qoşunlarını çıxarmağa, BMT və müşahidəçi statusu aldığı İSESCO-nun nizamnamələrinə hörmət etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR