Naxçıvanda ÜDM istehsalı 5,7% artıb

Naxçıvanda ÜDM istehsalı 5,7% artıb
# 19 oktyabr 2015 10:44 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalının həcmi bir il öncəyə nisbətdə 5,7% artaraq 1 mlrd. 751 mln. 523 min manat təşkil edib.

APA-Economics”in Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi 6,3% artaraq 3 967 manatı ötüb.

Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,7%-lik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 59,9% təşkil edib. 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr ayları ərzində sənaye məhsulunun həcmi 1,3%, əsas kapitala yönəldilən investisiyalar 2,3%, kənd təsərrüfatının ümumi məhsulu 9,1%, nəqliyyat sektorunda yük daşınması 2,2%, informasiya və rabitə xidmətlərinin həcmi 2%, pərakəndə əmtəə dövriyyəsi 7,3%, əhaliyə göstərilən pullu xidmətlər 4,6%, ixracın həcmi 6,3%, əhalinin gəlirləri 5,9%, hər bir nəfərə düşən gəlirlər 4,9%, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 1,4% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR