Azərbaycan yığması FİFA reytinqində geriləyib

Azərbaycan yığması FİFA reytinqində geriləyib
# 03 dekabr 2015 10:23 (UTC +04:00)

Bakı – APA. FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması 117-ci pillədə yer alıb.

Hesabında 296 xalı olan komandamız noyabrda açıqlanan siyahı ilə müqayisədə 2 pillə geriləyib. Son cədvəldə 293 xala malik yığmamız 3 xal qazansa da, bunun faydası olmayıb.

Bu xal artımı Moldova ilə noyabrın 17-də keçirilən yoxlama oyununda 2:1 hesabı ilə qələbə sayəsində mümkün olub.

Millimiz və “qonşuları”

111 (125). Mozambik - 317

112 (107). Burundi - 307

113 (110). Mərkəzi Afrika Respublikası - 302

114 (136). Çad – 301

115 (112). Aruba - 298

116 (104) Mavritaniya - 297

117 (115). AZƏRBAYCAN – 296

118 (121). Syerra-Leone - 295

119 (121). Türkmənistan - 294

120 (114). Efiopiya – 293

121 (101). Sent-Kitts və Nevis – 289

Dünyanın ən güclü 10 komandasının tərkibində isə dəyişiklik olmayıb. Lakin planetin ən yaxşıları öz aralarında yerdəyişmələr edib. Son dünya çempionu Almaniya 2 pillə aşağı yuvarlanıbsa, İspaniya 3 addım irəliləyib. Argentina ilə Braziliyada yüksəlişə nail olanlardandı. Kolumbiya ilə Portuqaliya isə geriləyib.

İlk “onluq”

1 (1). Belçika – 1494
2 (3). Argentina – 1455

3 (6). İspaniya - 1370
4 (2). Almaniya – 1347
5 (5). Çili – 1273

6 (8). Braziliya – 1251

7 (4). Portuqaliya – 1219

8 (7). Kolumbiya – 1211

9 (9). İngiltərə - 1106

10 (10). Avstriya - 1091

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərin hamısı geriləyib. Çexiya 9, Norveç 8, Almaniya ilə San-Marino 2, Şimali İrlandiya isə 1 pillə aşağı enib.

DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu

4 (2). Almaniya – 1347

26 (17). Çexiya - 860

30 (29). Şimali İrlandiya - 825

54 (46). Norveç - 591
198 (196). San-Marino - 28


Qeyd edək ki, qonşu Türkiyə yığması 933 xalla 3 pillə geriləyərək, 21-ci yerə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR