Gürcüstanda etnik azlıqlar üçün yeni təhsil siyasəti hazırlanır

Gürcüstanda etnik azlıqlar üçün yeni təhsil siyasəti hazırlanır
# 03 dekabr 2016 10:48 (UTC +04:00)

Azərbaycanlılar Gürcüstanda təhsil almaq üçün istədikləri sahəni və ali təhsil müəssisəsini seçə bilərlər.

APA-nın xəbərinə görə, Gürcüstanın keçmiş elm və təhsil naziri, Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üzrə Milli Mərkəzin direktoru Tamar Sanikidze bildirib ki, təhsil sahəsində mövcud olan “4+1” adlı xüsusi proqram azərbaycanlılar da daxil olmaqla, etnik azlıqlara yalnız bir imtahan verməklə ali məktəbə daxil olmağa imkan verir. T. Sanikidzenin sözlərinə görə, qəbuldan sonra onlara bir illik intensiv gürcü dili kursu keçilir: “Hökumətin maliyyələşdirməsi ilə kursun müddəti uzadıla bilər. Bizim artıq ilk məzunlarımız var, onlardan yararlanırıq”.

Keçmiş nazir əlavə edib ki, bütün etnik xalqlar kimi, azərbaycanlıların da öz dillərində təhsil almaq hüquqları var. Mərkəz direktorunun sözlərinə görə, onlar öz dilləri ilə yanaşı, gürcü dilində də təhsil alırlar: “Çünki bu, həm ölkənin marağı, həm də cəmiyyətə inteqrasiya baxımından vacibdir. Hazırda etnik azlıqlar üçün yeni təhsil siyasəti üzərində işləyirik. Məktəblərdən gələn nəticələri dəyərləndirdikdə gördük ki, bu sistemi təkmilləşdirməliyik. Hesab edirik ki, gələcəkdə onlara daha yaxşı sistem təklif edə bilərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR