Bugünkü depozit hərracında tələb təklifdən az olub

Bugünkü depozit hərracında tələb təklifdən az olub
# 26 dekabr 2016 13:21 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, bugünkü hərracda tələb 30 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,10% təşkil edib.

Xatırladaq ki, AMB bugünkü hərracda 50 mln. manat məbləğində vəsait cəlb etməyi nəzərdə tutub. Depozit hərracının müddəti 14 gün təşkil edir.

Hərrac "Bloomberg" ticarət platformasında keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR