Ankarada FETÖ ilə əlaqədar 235 polis əməkdaşı tutulub

Ankarada FETÖ ilə əlaqədar 235 polis əməkdaşı tutulub
# 12 oktyabr 2016 08:08 (UTC +04:00)

Bakı-APA. Bu gün səhər saatlarında Ankarada FETÖ-ya (Fətullah Terror Təşkilatı) qarşı keçirilən əməliyyat tədbirləri zamanı xeyli polis əməkdaşı saxlanılıb.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terror təşkilatının “ByBlock” kodundan istifadə etdiyi bildirilən 235 polis tutulub. Saxlanılanlar arasında yüksək rütbəli polis zabitləri, o cümlədən polis rəisləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR