Bakı. Fuad Cəfərov – APA. Cəlilabadda intihar hadisəsi baş verib.
Cəlilabad Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Şatırlı kəndində qeydə alınıb.
1977-ci il təvəllüdlü Salamat Baləhməd oğlu Ağayev özünün asaraq intihar edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 125–ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.