Robert Prosineçki: “Birinci Avropa Oyunlarının keçirilməsi üçün hər cür şərait yaradılıb”

Robert Prosineçki: “Birinci Avropa Oyunlarının keçirilməsi üçün hər cür şərait yaradılıb”
# 08 iyun 2015 13:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki bildirib. Birinci Avropa Oyunlarının ilk dəfə keçirildiyini qeyd edən baş məşqçinin sözlərinə görə, burada qitənin 6 minədək idmançısı qüvvəsini sınayacaq: “Artıq bununla bağlı Azərbaycanla görülən işlər yekunlaşıb, yarışların keçirilməsi üçün hər cür şərait yaradılıb. Şəxsən mən bu yarışları yaxından izləmək niyyətindəyəm. İnanıram ki, Birinci Avropa Oyunlarını izləyən, böyük tədbirdə iştirak edən hər kəs Azərbaycandan və yarış həyəcanından zövq alacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR