Vaqif Cavadov “Xəzər Lənkəran” klubuna keçir

Vaqif Cavadov “Xəzər Lənkəran” klubuna keçir
# 10 iyun 2015 12:38 (UTC +04:00)

Bakı – APA. Transfer çalışmalarını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçunu heyətinə cəlb etməyə hazırlaşır. Klubdan apasport.az saytına verilən xəbərə görə, yığmamızın hücumçusu Vaqif Cavadovun gələn mövsümdən “ağ-yaşıllar”ın formasını geyinməsi rəsmiləşmək üzrədi.

“Simurq”dan ayrılan Rəşad Eyyubov və Draqan Çeranın ilkin razılığını alan cənub təmsilçisi ötən mövsümü Türkiyədə keçirən Cavadovla hərtərəfli anlaşıb. İlk dövrədə “Qaziantep BB”, ikinci dövrədə isə I liqanın digər komandası “Boluspor”da heyətə düşməkdə çətinlik çəkən Vaqif “Xəzər Lənkəran”la anlaşdıqdan sonra şəxsi işləri ilə bağlı yenidən qardaş ölkəyə yollanıb.

Futbolçu Türkiyədən döndükdən sonra yeni komandası ilə rəsmi müqavilə imzalayacaq.

“Xəzər Lənkəran”ın maraq dairəsində olan qapıçı Səlahət Ağayevlə də danışıqlar davam edir. Rəhbərlik bir ara çox pul tələb edən milli komandamızın qolkiperinin qiymətdə aşağı düşməsinə çalışır. Sabiq “İnter”li klubun şərtləri ilə razılaşsa, gələn mövsüm “Xəzər Lənkəran”ın əsas çərçivə qoruyucusu olacaq.

Klubdan həmçinin bildirilib ki, Vaqif Cavadovun bibisi oğlu, “Qarabağ”dan ayrılan İlqar Qurbanov isə “ağ-yaşıllar”ın maraq dairəsində deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR