Goranboyda 5 otaqlı ev yanıb

Goranboyda 5 otaqlı ev yanıb
# 16 noyabr 2016 19:09 (UTC +04:00)

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR