Qırğızıstan prezidenti ölkəsinin Avrasiya İttifaqına qoşulması haqqında qanunu imzalayıb - VİDEO

Qırğızıstan prezidenti ölkəsinin Avrasiya İttifaqına qoşulması haqqında qanunu imzalayıb - <span style="color: red;">VİDEO
# 21 may 2015 09:15 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sənəddə Qırğızıstanın təşkilata qoşulması şərtləri, müqavilənin qüvvəyə minməsi qaydaları, habelə iki protokol yer alıb.

Qırğızıstanın Avrasiya İttifaqına faktiki qoşulması quruma daxil olan ölkələrdə müvafiq sənədlərin ratifikasiyası ilə bağlı prosedurlar yekunlaşdıqdan sonra baş verəcək.

Xatırladaq ki, Qırğızıstanın Avrasiya İttifaqına qəbulu haqqında saziş ötən ilin dekabrında imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR