Bolqarıstanda prezident seçkilərinin ikinci turunda Rumen Radev qalib gəlir - YENİLƏNİB

Bolqarıstanda prezident seçkilərinin ikinci turunda Rumen Radev qalib gəlir - <span style="color: red;">YENİLƏNİB
# 14 noyabr 2016 04:14 (UTC +04:00)

Bolqarıstanda prezident seçkilərinin ikinci turunun nəticələri açıqlanır.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hazırda bülletenlərin 55 faizi hesablanıb.

Bolqarıstan MSK-nın məlumatına əsasən, seçkidə sosialistlərin namizədi, general Rumen Radev qalib gəlir. O, seçicilərin 59,08% səsini toplaya bilib.

Radevin rəqibi, hakim QERB partiyasının dəstəklədiyi parlament spikeri Tsetska Tsaçyeva 36,34% səs toplayıb.

Qeyd edək ki, Bolqarıstanın baş naziri Boyko Borisov seçkilərin yekun nəticələrini gözləmədən noyabrın 14-də özünün və hökumətinin istefa verəcəyini bəyan edib.

***

23:44

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başa çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ekzit-polların nəticələrinə əsasən seçkidə sosialistlərin namizədi, general Rumen Radev qalib gəlir. O, seçicilərin 58,1% səsini toplaya bilib.

Radevin rəqibi, hakim QERB partiyasının dəstəklədiyi parlament spikeri Tsetska Tsaçyeva 35,3% səs toplayıb.

Qeyd edək ki, noyabrın 6-da keçirilən prezident seçkilərində Radev 25,45%, Tsaçyeva isə 21,97% səs toplamışdı.

Bolqarıstan qanunvericiliyinə əsasən, yeni prezident 2017-cı il yanvarın 1-dən beş il müddətinə səlahiyyətlərinin icrasına başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR