FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış etməkdən imtina edib

FTB-nin sabiq direktoru ABŞ Senatında çıxış etməkdən imtina edib
# 13 may 2017 02:37 (UTC +04:00)

Federal Təhqiqatlar Bürosunun sabiq direktoru Ceyms Komi ABŞ Senatında çıxış etməkdən imtina edib.

APA-nın xəbərinə görə, bu barədə “Associated Press” agentliyinə senat üzvü Riçard Berr məlumat verib.

Onun sözlərinə görə, Senatın Kəşfiyyat üzrə komitəsi C.Komini qapalı iclasa dəvət edib, lakin sabiq FTB rəhbəri iclasda çıxış etməkdən imtina edib.

ABŞ prezidenti Donald Tramp mayın 10-da Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komini vəzifəsindən uzaqlaşdırıb. 2013-cü ildən FTB-yə rəhbərlik edən Komi Trampın əleyhinə yönələn “Rusiya əlaqələri”nə dair işin istintaqı ilə məşğul olub. Ağ Ev və Kreml Trampın Rusiya ilə əlaqəli olmasını inkar edir.

Qeyd edək ki, Hillari Klinton Komini prezident seçkiləri zamanı səsverməyə 10 gün qalmış onun barəsində təsdiqlənməmiş məlumat yaymaqda ittiham edib. Klintonun iddiasına əsasən, yeni istintaqın aparılmasına dair təsdiqlənməmiş məlumatı yaymaqla, Komi onun seçkilərdə məğlub olmasını təmin etmiş olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR