Lajçak: "Minsk qrupunun problemi həll etməyi bacarıb-bacarmadığı barədə nəsə deyə bilmərəm"

Lajçak: "Minsk qrupunun problemi həll etməyi bacarıb-bacarmadığı barədə nəsə deyə bilmərəm"
# 05 aprel 2018 14:50 (UTC +04:00)

"Dağlıq Qarabağ məsələsi sizin üçün böyük ağrıdır. Bundan çox yaxşı xəbərdaram".

APA-nın xəbərinə görə, bunu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak ADA Universitetində keçirilən "Çoxtərəfli əməkdaşlığın hazırkı durumu mövzusunda" tədbirdə deyib. O xatırladıb ki, problemin həlli ilə Minsk qrupu məşğul olur: "Bu sahədə aktivlik görə bilərik. Əldə edilən nəticələri inkişaf etdirməliyik. Minsk qrupunun bu problemi həll etməyi bacarıb-bacarmadığına gəldikdə isə, bununla bağlı nəsə deyə bilmərəm".

M. Lajçak qeyd edib ki, BMT həlli uzanan münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinin tərəfdarıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR