Dövlət Komitəsi binaların qaz təchizatının layihələndirmə normalarına dəyişiklik edib

Dövlət Komitəsi binaların qaz təchizatının layihələndirmə normalarına dəyişiklik edib
# 12 iyun 2015 09:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə "Qaz təchizatı. Layihələndirmə normaları"na dəyişiklik edilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, qazlaşdırılan bütün təyinatlı binalarda, aşağıda göstərilən qəza hallarında təhlükəsizliyin təmin edilməsi məqsədilə qaz verilişini dayandıran qurğular və avtomatik sistemlər nəzərdə tutulmalıdır:

- qazlaşdırılan yerləşgələrdə yanğın əlamətləri aşkar edildikdə (alov, tüstü, istilik, yanma maddələrin ayrılması);

- binanın qaz verilişini dayandıran elektromaqnit qapaqla əlaqələndirilmiş yanğın xəbərvericilərin qazlaşdırılan yerləşgələrdə quraşdırılması.

Bu barədə qərar qaz şəbəkəsinin və qaz avadanlığının vəziyyətindən, sifarişçinin tələblərindən asılı olaraq layihə təşkilatı tərəfindən qəbul edilir.

Sənəddə qeyd edilib ki, daxili qaz kəmərlərində qazın təzyiqi 0,0025 MPa-dan çox olduğu hallarda qaz işlədən avadanlıq qarşısında qazın optimal yanmasını təmin edən tənzimləyici-sabitləşdiricilər quraşdırılmalıdır.

Bununla yanaşı, yeni qazlaşdırılan yaşayış binalarının mənzillərində alovun nəzarətsiz sönməsi baş verəcəyi halda, qazın verilməsini dayandıran təhlükəsizlik avtomatikası ilə təchiz olunmuş qaz cihazlarından istifadə edilməlidir.

Qazlaşdırılan bütün təyinatlı binaların mənzillərində (yerləşgələrində) havanın qazla çirklənmə həddi qaz-hava qarışığının alışmasının minimum həddinin 10% çatdıqda işə düşən siqnal vericiləri quraşdırılmalıdır.

Qazla çirklənmə siqnal qurğusu qaz borusunun mənzilə girişində quraşdırılmış elektromaqnit qapaqla əlaqələndirilməli və qazla çirklənmə siqnalı daxil olduqda

qazın verilməsini dayandırmalıdır.

Qaz kəmərlərinin, qaz avadanlığı və cihazlarının, avtomatika və siqnalizasiya vasitələrinin texniki xidməti və təmiri müqavilə əsasında özünün qəzadispetçer xidməti olan qaz paylayıcı və ya həmin işlərin görülməsinə lisenziyası (xüsusi icazəsi) olan ixtisaslaşdırılmış təşkilatlar tərəfindən həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR