AMEA-da “Nature Publishing Group”un nümayəndə heyəti ilə görüş olub - FOTO

AMEA-da “Nature Publishing Group”un nümayəndə heyəti ilə görüş olub - <span style="color: red;">FOTO
# 05 iyun 2015 22:32 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə “Nature Publishing Group”un (NPG) Orta Şərq ölkələri üzrə rəhbəri Con Giuliani və qurumun satış təmsilçisi Elizabet Detisova ilə görüşüb.

APA-nın məlumatına görə, AMEA rəhbəri qonaqları salamlayaraq Akademiyanın tarixindən və fəaliyyət istiqamətləri, eləcə də əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.

Gələcək əməkdaşlığın perspektivindən danışan akademik Akif Əlizadə NPG-nin istehsalı olan və ən son elmi nailiyyətlərə dair nəşrlərin alimlərimiz üçün vacib olduğunu vurğulayıb.

Nümayəndə heyəti öz növbəsində səmimi qəbula görə öz təşəkkürünü bildirib. Qonaqlar NPG-nin tarixi və bu günkü fəaliyyəti haqqında AMEA rəhbərinə məlumat verib. Qeyd edilib ki, 1869-cu ildə yaradılan şirkətin dünyanın ən reytinqli jurnallarından olan “Nature”, “Scientific American” və başqa bu kimi populyar məhsulları var. Əlavə olunub ki, təkcə “Nature” jurnalının veb səhifəsini aylıq 6 milyon istifadəçi ziyarət edir. C.Giuliani və Elizabet Detisova şirkətin əsas məhsulları, onların məzmunu və əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın Beynəlxalq əlaqələr idarəsinin rəisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayev və AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyevin də işdirak etdiyi görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Nümayəndə heyəti AMEA rəhbərini bu ilin oktyabrında Böyük Britaniyaya səfərə dəvət edib.

Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR