Polis əməkdaşının bacısını oğurlamağa cəhd edən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb

 Polis əməkdaşının bacısını oğurlamağa cəhd edən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb
# 22 may 2015 10:16 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti baxış iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.

İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.

Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N . Nəcəfov 8 il, Vəfadar Məmmədov 7 il, Vəfanur Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR