Azərbaycanda dəmir yolu vaqon-restoranlarında və gəmilərdə iaşə xidmətləri göstərən sahibkarlar hesabata cəlb olunur

Azərbaycanda dəmir yolu vaqon-restoranlarında və gəmilərdə iaşə xidmətləri göstərən sahibkarlar hesabata cəlb olunur
# 18 iyul 2015 13:37 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Yaşayış üçün xidmətlərin göstərilməsi, içki və yeməklərin satışı, səyahət agentliklərinin və turizm operatorlarının xidmətləri və reklam sahəsində xidmətlərin göstərilməsi ilə məşğul olan hüquqi şəxslər, onların filial və nümayəndəlikləri malların və xidmətlərin istehsalı və satışı haqqında aylıq hesabatı yerləşdiyi ərazinin statistika orqanına və ya elektron formatda Dövlət Statistika Komitəsinin rəsmi saytında (www.stat.gov.az) real-vaxt rejimində təqdim edəcəklər.

APA-nın məlumatına görə, Dövlət Statistika Komitəsi bununla bağlı “Malların və xidmətlərin istehsalı və satışı haqqında” 1- istehsal (ticarət və texniki xidmət) №-li aylıq rəsmi statistika hesabatı formasına dəyişiklik edib.

Aylıq statistik hesabatda iaşə obyektlərində oturacaq yerlərinin sayı, yer göstərilməlidir. Hesabat formasına əlavə olaraq təsdiqlənən “Xidmətlərin Məhsul Növlərinin Təsnifatı üzrə siyahısı”na əsasən hüquqi şəxslər, onların filial və nümayəndəlikləri mehmanxana və mehmanxana tipli obyektlər tərəfindən xidmətin göstərilməsi, qısa müddət və gündəlik qalmaq üçün otaq və ya yerlərin təqdim edilməsi üzrə xidmətlər (taymşerlərdən başqa), gənclər üçün yataqxanaların və tətil zamanı kabinələrin, uzun müddət qalmaq üçün yerlərin və gənclər yataqxanalarının, tələbələr və məktəblilər üçün yataqxanaların, fəhlələr üçün yataqxanaların və ya düşərgələrin göstərdiyi xidmətlər, yataqlı vaqonların xidmətləri və sair nəqliyyat vasitələrində yataq yerlərinin təqdim edilməsi üzrə və qonaq qalmaq üçün sair yerlərin xidmətləri, kempinq üçün yerlərin xidmətləri və digər qruplara daxil edilməyən sair yaşayış yerlərinin xidmətləri ilə əlaqədar aylıq hesabat verməlidirlər. Hüquqi şəxslər, onların filial və nümayəndəlikləri içki və yeməklərin satışı üzrə xidmətlərlə əlaqədar da aylıq hesabat verəcəklər. Bura tam restoran xidməti göstərilməklə iaşə xidmətləri (şadlıq evlərinin (saraylarının) xidmətləri nəzərə alınmadan), şadlıq evlərinin (saraylarının) iaşə xidmətləri, dəmir yolu vaqon-restoranlarında və gəmilərdə, özünəxidmət müəssisələrində iaşə xidmətləri, hazır yeməklərin şəxsi evlərə göndərilməsi, sair idarə və müəssisələr üçün hazır yeməklərin göndərilməsi, nəqliyyat müəssisələri üçün hazır yeməklərin çatdırılması üzrə xidmətlər, hazır yeməklərin çatdırılması ilə əlaqədar müqavilələrin bağlanması, içkilərin satışı üzrə xidmətlər və sair iaşə xidmətləri daxildir. Eyni zamanda hüquqi şəxslər, onların filial və nümayəndəlikləri reklam sahəsində xidmətlər, yəni reklam üçün yerin və vaxtın satılması və ya icarəsi, reklamın planlaşdırılması, yaradılması və yerləşdirilməsi, reklam dizaynı və reklamların yayılması üzrə xidmətlər və reklam sahəsində sair xidmətlər barədə aylıq hesabat təqdim etməlidirlər.

Səyahət agentlikləri və turoperatorlar isə əvvəlcədən sifarişetmə xidməti və bununla əlaqədar xidmətlərlə əlaqədar aylıq hesabat verməlidirlər. Bura hava dəmiryolu nəqliyyatının, avtobusların, kruiz gəmilərinin, turist yollayışlarının, qalmaq üçün yerlərin əvvəlcədən sifariş edilməsi üzrə səyahət agentliklərinin xidmətləri, avtomobillərin icarəsi üzrə əvvəlcədən sifariş etmə xidmətləri, turistlərə kompleks xidmətlər göstərilməsinin təşkili, turizm ekskursiya xidmətləri, ekskursiya rəhbərlərinin xidmətləri, ekskursiya biletlərinin satışı, turistlərin yaşayışının təşkil edilməsi və mükafatlandırma, yaxud müqavilə əsasında turistlərə kompleks xidmətlərin göstərilməsi, turizm sahəsində məlumatların verilməsi üzrə xidmətlər, turist bələdçilərinin və bələdçi-tərcüməçi xidmətləri, taymşerlərin dəyişdirilməsi üzrə xidmətlər, yığıncaq və konqres mərkəzləri və sərgi zalları üçün, kütləvi və əyləncəli tədbirlərə biletlərlə təmin etmək üçün əvvəlcədən sifarişetmə xidmətləri və digər qruplara daxil edilməyən xidmətlər daxildir. Ümumiyyətlə, ictimai iaşənin dövriyyəsi, ƏDV və aksizlər daxil olmaqla təqdim olunmalıdır. Kiçik sahibkarlıq subyekti olmayanlar aylıq dövriliklə, hesabat ayından sonrakı ayın 5-ci iş gününün birinci yarısınadək, kiçik sahibkarlıq subyektləri rüblük dövriliklə, hesabat rübündən sonrakı ayın 20-dək hesabatları təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR