Novruz Məmmədov: “Sabah bütün dünya Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq”

Novruz Məmmədov: “Sabah bütün dünya Azərbaycanın qüdrətinin və inkişafının bir daha şahidi olacaq”
# 11 iyun 2015 09:04 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində yazıb.

“Bu hadisə həm Azərbaycan, həm də dünya idmanı üçün tarixi hadisə olacaq. Avropalı diplomatlar Azərbaycanın qısa müddətdə bu cür mötəbər tədbiri yüksək səviyyədə təşkil etməsinə heyran qalıblar. Bu hadisə müxtəlif ölkələrin xalqlarının Azərbaycanı daha yaxından tanımasına və onunla yaxınlaşmasına öz töhfəsini verəcək. Əminəm ki, Azərbaycanın əsl idman ölkəsi olduğunu bizim atletlərimiz öz uğurlu çıxışları ilə bir daha sübut edəcəklər. Mən I Avropa Oyunlarında iştirak edən bütün idmançılara uğurlar arzulayıram!” , - deyə Novruz Məmmədov yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR