Bank Of Baku

Bakı-2015: Azərbaycan 14-cü qızıl medalı qazanıb - FOTOSESSİYA - VİDEO

Bakı-2015: Azərbaycan 14-cü qızıl medalı qazanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 20 iyun 2015 16:52 (UTC +04:00)

Apapsort.az saytının məlumatına görə, bunadək fərdi çoxnövçülük və gimnastika atında gümüş, komanda yarışları və dayaqla tullanmada bürünc medal qazanan Azərbaycan idmançısı Oleq Stepko növbəti mükafatını əldə edib.

 

21 yaşlı gimnastımız “Bakı-2015”-də son çıxışını titulla başa vurub. Belə ki, paralel qollarda 15,733 xal yığan Stepko bütün rəqiblərini qabaqlayaraq, çempion adına layiq görülüb. Bu, yığmamızın 14-ü qızıl olmaqla, 33-cü medalıdır. Təmsilçimiz bu hərəkətdə ən yaxın izləyiciləri rusiyalı David Belyavski (15,700) və rumıniyalı Marius Berbeçar (15,600) qabaqlayıb.

 

Qeyd edək ki, idman gimnastikası yarışları kişilərin turnikdəki çıxışları ilə yekunlaşacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR

Olimpiada

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR