Azərbaycan prezidenti Maltanın baş nazirini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Maltanın baş nazirini qəbul edib - <span style="color: red;">VİDEO
# 15 dekabr 2014 12:49 (UTC +04:00)

APA-nın məlumatına görə, görüş zamanı dövlət başçısı Azərbaycanla Malta arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən prezident İ. Əliyev Malta baş nazirinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrin perspektivlərinin müəyyənləşdirilməsi üçün yaxşı imkan yaratdığını deyib.


Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyən C. Muskat səfəri zamanı əlaqələrimizin həm ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində inkişaf perspektivləri ilə bağlı səmərəli müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd edib.

Əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu bildirən qonaq iqtisadi sahədə əlaqələrin inkişaf etdirilməsində böyük qarşılıqlı marağın olduğunu diqqətə çatdırıb. O, enerji sahəsində, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlığın iqtisadi əlaqələrimizin genişlənməsi baxımından önəmini vurğulayıb. Baş nazir digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi üçün bir sıra sənədlərin üzərində fəal iş aparıldığını deyən C. Muskat Azərbaycanla imzalanacaq Anlaşma Memorandumunun bu baxımdan əhəmiyyətini vurğulayıb.


Prezident İ. Əliyev isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak etdiyi layihənin ikitərəfli münasibətlərimizin inkişafında yeni imkanların açılması işinə xidmət edəcəyini deyib. Dövlət başçısı ölkələrimiz arasında əməkdaşlığın Avropa İttifaqı çərçivəsində də inkişafının əhəmiyyətini qeyd edib. Energetika, nəqliyyat, ticarət və investisiya qoyuluşu sahələrində əlaqələrimizin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən İ. Əliyev Malta ilə iqtisadi əlaqələrin regional əməkdaşlıq işinə də töhfə verə biləcəyini bildirib.


Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR