Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
# 05 fevral 2013 12:42 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov-APA. Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda yol qəzası baş verib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsindən məlumat verilib. Məlumata görə, yol qəzası bu gün günorta saatlarında yolun 134-cü kilometrliyində, Zaqatala rayonu ərazisində qeydə alınıb. Gürcüstan Respublikasının Saqarecu rayon sakini, 1971-ci il təvəllüdlü Məmmədov İsmixan Əziz oğlu idarə etdiyi “Niva” markalı VOO 932 Gürcüstan dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonundan Gürcüstan istiqamətində hərəkətdə olarkən avtomobilin hərəkət istiqamətini itirərək yolun kənarındakı ağaca çırpıb. Nəticədə sürücü İsmixan Məmmədov və onun həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məmmədova Tərəngül Alıbəy qızı aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti ağır hesab edilir.

Faktla bağlı DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR