Koreyalı aşpazın Bakıda meyiti tapılıb

Koreyalı aşpazın Bakıda meyiti tapılıb
# 25 mart 2014 10:01 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhərində Koreya vətəndaşının meyiti tapılıb.

Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Koreya Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Kvon Jinsimin meyiti yaşadığı Əliyərbəyov qardaşları, ev 132 ünvanında tapılıb.

Meyitin müayinəsi zamanı Koreya vətəndaşının ilik xəstəliyindən ölməsi müəyyən edilib.

Polisdən K.Jinsimin paytaxtda yerləşən restoranların birində aşpaz işlədiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR