Bakıda 4-cü Avropa Film Festivalı başlayıb - FOTO

Bakıda 4-cü Avropa Film Festivalı başlayıb - <span style="color: red;">FOTO
# 30 oktyabr 2013 16:15 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva - APA. Bu gün Bakıda 4-cü Avropa Film Festivalına start verilib.

APA-nın məlumatına görə, film festivalı Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri "Park Cinema" kinoteatrlar şəbəkəsi ilə birgə təşkil olunub.


Aİ) Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltsin sözlərinə görə, festivalda Aİ-yə üzv olan 17 ölkədən və Azərbaycandan filmlər nümayiş etdiriləcək, nümayiş etdirilən filmlər barədə ekspertlər və maraqlanan tamaşaçılar arasında dialoq aparmaq mümkün olacaq.

T.Pilts bildirib ki, belə festivalların keçirilməsinin məqsədi Azərbaycan və Aİ arasında mövcud olan mədəni əlaqələri daha da möhkəmləndirmək, Azərbaycan cəmiyyətinə Avropa mədəniyyəti, tarixi barədə məlumat təqdim etməkdir.


Festivalının proqramına 17 Avropa (Avstriya, Belçika, Xorvatiya, Çex Respublikası, Estoniya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, İtaliya, Latviya, Litva, Hollandiya, Polşa, Rumıniya, İsveç və Birləşmiş Krallıq) filmi və bir Azərbaycan filminin nümayişi daxildir. Qeyd edək ki, Estoniya, Finlandiya və Xorvatiya festivalda ilk dəfə iştirak edəcəklər.

Festival "Antibə bir tərəfə bilet" İsveç Filminin nümayişi ilə açılıb. Bu filmin rejissoru Riçart Hobert filmi Bakı tamaşaçılarına şəxsən təqdim edib.


Qeyd edək ki, Festivalın digər fəxri qonaqları Böyük Britaniyadan ssenarist Pol Freyzer, "Atəşli ürək. Tadas Blinda haqqında əfsanə" Litva filminin operatoru Ramunas Qreysius, Vyanada eyni adlı "Üçüncü Adam" Muzeynin Direktoru Jerar Ştrassqşvantner, "Xəyalların komandası 1935" Latviya filminin prodüseri Liqa Pipare, administratoru Diana Stepan və digərləri olacaq. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcək.


Festival Bakıda 3 kinoteatrda - "Park Cinema" Park Bulvar, "Park Cinema" Metro Park və Nizami Kinoteatrında keçiriləcək və noyabrın 6-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR