«Kapital Bank»ın lotereya kampaniyası başa çatıb

«Kapital Bank»ın lotereya kampaniyası başa çatıb
# 23 yanvar 2014 10:38 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Kapital Bank» ASC-nin oktyabrın 1-dən keçirdiyi lotereya kampaniyasının dekabr ayı üzrə 100 qalibi məlum olub. «Ödəmələr hədiyyəli, hər ay qazan bir 50!» devizi altında keçirilən lotereya bununla da başa çatıb. Şərtlərə uyğun olaraq hər bir qalibin kart hesabına 50 manat köçürülüb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın aparılmasında məqsəd Bankın təklif etdiyi müxtəlif növ plastik kartlar vasitəsilə nağdsız ödənişləri stimullaşdırmaq olub.

Qeyd edək ki, «Kapital Bank»a məxsus kartlarla Azərbaycan ərazisində nağdsız ödəniş aparan bütün fiziki şəxslər lotereyaya qatılma imkanı əldə ediblər. Kampaniya müddətində ümumilikdə 300 qalib 50 manat qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR