Bakıda beynəlxalq maliyyə forumu keçiriləcək

Bakıda beynəlxalq maliyyə forumu keçiriləcək
# 28 mart 2014 14:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn ay Bakıda «InvestPro-2014» forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, forum aprelin 15-16-da Azpromo, «Crowe Horwath» və «Bosco Conference»in birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirə 20-dən artıq ölkənin 200-dən çox nümayəndələrinin qatılacağı gözlənilir. Tədbir çərçivəsində bank, hüquq, audit və konsaltinq sahələrində fəaliyyət göstərən şirkətlərin sərgisi də təşkil ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR