Gürcüstanda zəlzələ olub

Gürcüstanda zəlzələ olub
# 29 noyabr 2013 03:14 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın Kaxeti bölgəsində (Şərqi Gürcüstan) noyabrın 28-də 3,9 bal gücündə zəlzələ qeydə alınıb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Laqodexi rayon mərkəzindən 13 km aralıda, Qudjareti kəndinin ərazisində qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barədə məlumat daxil olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR