Bakıda daha bir intihar hadisəsi baş verib

Bakıda daha bir intihar hadisəsi baş verib
# 13 sentyabr 2013 08:37 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 26 yaşlı oğlan intihar edib. Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə bu gün saat 7 radələrində Xudu Məmmədov küçəsində qeydə alınıb. 1987-ci il təvəllüdlü Orxan Cavanşir oğlu Əsgərov özünü yaşadığı evin eyvanında asıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR