“AXA MBASK” tələbələr üçün sığorta işinin təşkili ilə bağlı kurs keçirib

“AXA MBASK” tələbələr üçün sığorta işinin təşkili ilə bağlı kurs keçirib
# 14 may 2014 09:34 (UTC +04:00)

Bakı - APA-Economics. “AXA MBASK” sığorta şirkətinin “AXA MBASK Akademiya” proqramı çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birlikdə tələbələr üçün keçirdiyi “Sığorta işinin təşkili” adlı növbəti nəzəri və praktiki kurslar başa çatıb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, proqramda iştirak üçün Bakı Dövlət Universitetindən, Azərbaycan Dövlət İqtisad Universitetindən, Azərbaycan Dövlət Neft Akademiyasından, Azərbaycan Respublikası prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından və Xəzər Univeristetlərindən 20 tələbə seçilib.

Tələbələr məşğələlər zamanı sığorta işinin xüsusiyyətlərini öyrənib, müxtəlif təcrübi tapşırıqları yerinə yetirib, sığorta məhsullarının satışı texnologiyaları sahəsində, anderraytinq, sığorta şirkətinin sənəd dövriyyəsi, sığorta hadisələrin tənzimlənməsi barədə biliklərə yiyələnib, eləcə də risklərin idarə edilməsi bağlı ixtiasaslaşdırılmış məsləhətlər əldə ediblər.

Təlim, şirkətin aparıcı menecerləri və mütəxəssisləri tərəfindən işlənib-hazırlanan və sığorta şirkətinin fəaliyyətinə daha müfəssəl baxışı təmin edən unikal proqramlar əsasında aparılıb.

Kursun nəticələrinə görə, 5 ən uğurlu tələbə, şirkətdə gələcəkdə onlara sığorta sahəsində karyera qurmaq imkanı yaradan yay təcrübəsi keçmək imkanı qazanıb.

Təltif etmə mərasimində “AXA MBASK”-ın İdarə Heyətinin üzvləri tələbələri proqramı uğurla başa çatdırmaları münasibətilə təbrik edib, onlara təhsildə və iş həyatında uğurlar arzu ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR