İran XİN: ABŞ İranla münasibətlərdə test qarşısındadır

İran XİN: ABŞ İranla münasibətlərdə test qarşısındadır
# 01 oktyabr 2013 10:20 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. “Hazırda ABŞ İranla əlaqələrdə test qarşısındadır. İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri ölkəmizin dinamik diplomatiyasını və İranın dünya ilə dialoqa açıq olduğunu nümayiş etdirdi”. APA-nın “Press-TV” kanalına istinadən verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə İran XİN-in mətbuat katibi Mərziyə Əfxəm prezident Həsən Ruhaninin Nyu Yorka səfərini və onun ABŞ prezidenti Barak Obama ilə telefon danışığını şərh edərkən bildirib.

B. Obamanın İrana qarşı hərbi müdaxilənin gündəlikdə olması ilə bağlı çıxışını şərh edən M. Əfxəm deyib ki, İran ABŞ rəsmilərindən realist siyasət gözləyir: “ABŞ-ın İrana qarşı tonunun dəyişməsi əməllərdə özünü göstərməlidir. Bu ölkənin İrana qarşı münasibəti gələcək danışıqların taleyini müəyyən edəcək. Ümid edirik ki, ABŞ-da İrana qarşı neqativ təbliğat dayandırılacaq və biz gələcəkdə yeni danışıqların olmasını görəcəyik. Eyni zamanda İrana qarşı sanksiyalar da aradan qaldırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR