"Kempinski Badamdar Bakı" və "Milla" şirkəti yeni atmosferdə yeni dondurma dadları təqdim edir

"Kempinski Badamdar Bakı" və "Milla" şirkəti yeni atmosferdə yeni dondurma dadları təqdim edir
# 20 may 2013 10:55 (UTC +04:00)

Bakı – APA-Economics. Bu ay “Kempinski Badamdar Bakı”da ən əlamətdar hadisə - yay terrasının açılışı olub.

APA-Economics”in xəbərinə görə, indi "Kempinski Badamda Bakı"da açıq havada steyk, yaxud quşqonmazlı salat və s. kimi nəfis yeməklərdən dadmaq olar.

İnteryer Aralıq dənizi üslubunda tərtib olunub: otlar üzərində taxta döşəmə, parusin çətirlər, yüngül hörmə mebel. Terrasın fəxri yaşıllığıdır: bu yaz açılmış minlərlə zanbaq otelin landşaftını bəzəyir. "Kempinski Badamdar Bakı" və "Milla" şirkəti yay mövsümünü yeni dondurma çeşidlərinin otelin yaşıl terrasında dequstasiyası ilə açırlar.

Hotelin baş meneceri Pyer Staçer deyib ki, dondurma - yayın özüylə gətirdiyi ən böyük sevinclərdən biridir: “Odur ki, "Milla" şirkətinin yeni kampaniyasına laqeyd qala bilməzdik. Abadlaşdırılmış terrasımızda birgə tədbir həyata keçirmək qərarına gəldik”.

Yaxşı qulluq edilmiş qazonun cəlbedici ətri, fəvvarələrin şırıltısı, quşların nəğmələri, gözəl qürub çağı və əlbəttə, "Milla" dondurmalarının, eləcə də bu dondurmalardan hazırlanmış məxsusi kokteyllərin geniş çeşidi gecəyə füsunkarlıq bəxş edib. "Kempinski Badamdar Bakı"nın yaşıl terrasında toplaşan qonaqlar - jurnalistlər, hotel kompleksinin ofislərinin icarəçiləri və digər maraqlı şəxslər tədbirə sərbəst əhval-ruhiyyə qatıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR