“Bank of Baku”nun səhmlərinin 21%-i satılıb

“Bank of Baku”nun səhmlərinin 21%-i satılıb
# 26 dekabr 2014 14:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bakı Fond Birjasında (BFB) “Bank of Baku” ASC-nin 11 160 857 manat dəyərində yaxud nominalı 15,55 manat olan səhmlərin alqı-satqı əməliyyatı baş tutub.

APA-Economics”in məlumatına görə, bu barədə məlumat BFB-nin saytında yer alıb.

Bu bankın səhmlərinin ümumi emissiyasının 21,11%-i təşkil edir.

Bankın İdarə Heyətinin sədr müavini Zaur Qarasiyevin “APA-Economics”ə verdiyi məlumata görə, səhm paketi Hikmət Əbuzər oğlu İsmayılova satılıb.

Hazırda bankın səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir: “Nab Diş Ticarət” - 40%, “Azpetrol Neft Şirkəti” MMC - 28,89%, Hikmət Əbuzər oğlu İsmayılov – 21,11%, Elçin Həmid oğlu İsayev – 10,00%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR