Azərbaycanda toyuq əti və yumurtanın monitorinqinə başlanılıb

Azərbaycanda toyuq əti və yumurtanın monitorinqinə başlanılıb
# 28 mart 2013 12:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gündən etibarən Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) toyuq əti və yumurtanın monitorinqinə başlayıb. Bu barədə APA-ya açıqlamasında REGM-nin şöbə müdiri İmran Abdullayev məlumat verib. O bildirib ki, toyuq əti və yumurta ilə bağlı monitorinqlər aprelin 10-dək davam edəcək. İ.Abdullayevin sözlərinə görə, bu müddət ərzində bütün satış obyektləri və broyler məntəqələrindən nümunələr götürülərək yoxlanılacaq.

Şöbə müdiri qeyd edib ki, Novruz bayramından öncə mərkəz tərəfindən kremli qənnadı məhsulları və xörək duzu ilə bağlı yoxlamalar aparılıb. Bu yoxlamalar zamanı hansısa ciddi hallar qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR