Ucar, Zərdab, Göyçay, Qəbələ, Ağstafa və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Ucar, Zərdab, Göyçay, Qəbələ, Ağstafa və Xaçmaz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq
# 19 fevral 2013 15:59 (UTC +04:00)

Bakı - APA-Economics. Sabah bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq 20 fevral 2013-cü il tarixdə saat 8-dən “Ucar”, “Lək”, “Zərdab” və “Göyçay-2” qazpaylayıcı stansiyalarından, saat 10-dan 18-dək isə “Qəbələ”, “Köçəsgər”, “Xudat” və “Yalama” qazpaylayıcı stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar, Zərdab, Göyçay, Qəbələ rayonlarına, Ağstafa rayonunun Köçəsgər, Köhnəqışlaq və Eynallı kəndlərinə, Xaçmaz rayonunun Xudat şəhəri istiqamətində yerləşən bütün yaşayış məntəqələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR