Aleksandr Turçinov: “Rusiya istənilən vaxt Ukraynaya qarşı müharibəyə başlaya bilər”

Aleksandr Turçinov: “Rusiya istənilən vaxt Ukraynaya qarşı müharibəyə başlaya bilər”
# 17 dekabr 2014 15:00 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Rusiya istənilən vaxt Ukraynaya qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaya bilər”.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov deyib.

“Rusiyanın aqressiv siyasətini nəzərə alaraq, biz Silahlı Qüvvələrə ayrılan maliyyə vəsaitlərinə qənaət edə bilmərik. Əsas vəzifələrimizdən biri mövcud resursları səfərbər etməkdir. Ehtiyac yaransa, ölkədə hərbi vəziyyət elan ediləcək”, - deyə o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR