Avropa Birliyi Ukrayna məsələsi ilə əlaqədar daha bir neçə şəxsə və şirkətə sanksiya tətbiq edib

Avropa Birliyi Ukrayna məsələsi ilə əlaqədar daha bir neçə şəxsə və şirkətə sanksiya tətbiq edib
# 26 iyul 2014 07:30 (UTC +04:00)

Bakı – APA. Avropa Birliyi (AB) Ukraynadakı vəziyyətlə əlaqədar sanksiya tətbiq etdiyi şəxslərin və şirkətlərin yeni siyahısını açıqlayıb.

APA-nın məlumatına görə, siyahı AB-nin rəsmi jurnalında dərc olunub.

“Qara siyahı”ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mixail Fradkov, Təhlükəsizlik Şurasının üzvləri Nikolay Patruşev, Boris Qrızlov və Rəşid Nurqaliyev, Çeçenistan rəhbəri Ramzan Kadırov, FTX generalı Sergey Besed, Dövlət Dumasının deputatı Mixail Deqtyarev, Krasnodar dairəsinin qubernatoru Aleksandr Tkaçov da daxil edilib.

Bundan başqa, sanksiyalar özünü Donetsk və Luqansk Xalq respublikaları elan etmiş uydurma qurumların rəhbər şəxslərinə - Donetskin “xalq qubernatoru” Pavel Qubaryov, onu həyan yoldaşı Yekaterina, “DXR”-in “müdafiə nazirinin müavini” Fyodor Berezin və digər şəxslərə da şamil edilib.

Sanksiya siyahısında “Böyük Don Qoşunu”, “Cənub-Şərq Orsusu”, “Donbas Xalq Qouşunu” və “Şərq” taboru da var.

Hüquqi şəxslərdən siyahıya “Kerç Bərə Keçidi”, Sevastopol və Kerç Ticarət limanları, “Krımın “Massandra” və digər şirkətləri daxil edilib.

Beləliklə, “qara siyahı”dakı şəxslərin sayı 15 nəfər artaraq 87-yə, şirkət və təşkilatların sayı isə 18 ədəd artaraq 20-yə çatıb.

Onların hamısına 2014-cü ilin noyabrına qədər Avropa Birliyi ölkələrinə səfər etmək qadağan edilib, göstəriş olacağı təqdirdə isə Avropa banklarındakı hesabları dondurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR