Azərbaycanda telekanallara lisenziya verilməsinin yeni qaydaları hazırlanır

Azərbaycanda telekanallara lisenziya verilməsinin yeni qaydaları hazırlanır
# 12 aprel 2013 13:03 (UTC +04:00)

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, rəqəmsal yayıma keçidlə əlaqədar bəzi texniki məsələlər ortaya çıxır. Bunları hüquqi cəhətdən tənzimləmək lazımdır: “Əvvəllər Azərbaycanda hər televiziya kanalı ayrıca tezlikdə yayımlanırdı. İndi isə hər telekanalın öz tezliyi olmayacaq. Ümumrespublika yayımçıları olan telekanallar bir tezlikdə yayımlanacaq. Bu məsələni beynəlxalq praktikaya uyğun olaraq həyata keçirmək istəyirik. Lisenziyaların verilməsinin yeni qaydaları ilə bağlı Şuranın hüquq və beynəlxalq şöbələri iş aparır. Telekanalların lisenziya müddətləri davamlı şəkildə uzadılmalıdır. Amma biz indi bunları uzatsaq, rəqəmli yayıma keçəndə təzədən dəyişməli olacağıq. Ona görə də telekanallara lisenziya verilməsi və müddətinin uzadılması müvəqqəti olaraq təxirə salınıb”.

N. Məhərrəmli deyib ki, qaydaya görə, bir tezlikdə 12 telekanal yayımlana bilər: “Türkiyənin TRT kanalı ilə birlikdə ümumrespublika yayımçıları bir sosial paket kimi bir tezlikdə yayımlanacaq. Gələcəkdə ümumrespublika yayımçısı olan kanalların sayı artacaqsa, artıq bir tezlik yox, iki tezlik olacaq. Hər tezlikdə də müəyyən qədər kanallar yayımlanacaq. Regional kanallar üçün ayrıca tezliklər olacaq. Cənubda bir regional kanal var. O kanal üçün ayrı tezlik, Sumqayıtdakı kanal üçün ayrıca tezlik olacaq. Quba-Xaçmaz regionundakı regional kanallar birləşib bir, Gəncəbasar zonasındakı televiziya kanalları isə bir tezlikdə olacaq”.

Şura sədrinin sözlərinə görə, analoq yayım dayandırılandan sonra ölkə ərazisində xeyli tezlik boş qalacaq: “Gələcəkdə bu tezliklərdən necə səmərəli istifadə olunması müəyyən olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR