Göyçayda 2 nəfəri ilan sancıb

Göyçayda 2 nəfəri ilan sancıb
# 22 iyun 2016 10:57 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçayda daha iki nəfər ilan sancması səbəbindən xəstəxanaya yerləşdirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəhadət və Potu kəndlərində qeydə alınıb. Şəhadət kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Vidadi Veysəl oğlu fərdi təsərrüfat sahəsində kənd təsərrüfatı işləri ilə məşğul olarkən ehtiyatsızlıq edib və otun altındakı ilan onu sancıb.


Potu kənd sakini, 1959-cu il təvəllüdlü Abdurrəhmanov Müddət Fəzail oğlu mağazaya gedərkən yolda tapdaladığı ilan onu sancıb. Hər iki şəxs təcili olaraq Göyçay Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib və onlara zərdab vurulub. Durumları qənaətbəxşdir.

Qeyd edək ki, son vaxtlar havaların isti keçməsi və kənd sakinlərinin əkin sahələrində işləməsi ilan sancması hallarının artmasına səbəb olub. Göyçay rayonunda ötən bir ay ərzində 5 nəfər ilan sancması və bir nəfər əqrəb sancması səbəbindən xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti yaxşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR