Prokuror hüquq müdafiəçisinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib

Prokuror hüquq müdafiəçisinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
# 07 fevral 2013 10:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində “İnamla hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Bəxtiyar Məmmədovun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 14-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaxınlığında yaşayan hərbçilərin hüquqlarını müdafiə edən B. Məmmədov Hərbi Dəniz Qüvvələrinin komandiri, vitse-admiral Şahin Sultanovun şikayətinə əsasən, saxlanılıb. B. Məmmədov barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Ötən il dekabrın 30-da Səbayel rayon Polis İdarəsinə çağırılan B. Məmmədov orada saxlanılıb və Səbayel Rayon Məhkəməsinə aparılaraq barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra isə B. Məmmədova daha bir maddə - Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR