ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

ADU-nun rektoru Polşanın Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 fevral 2013 11:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labenda ilə görüşüb.

ADU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rektor Səməd Seyidov ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tələbələrin polyak dilinə böyük maraq göstərdiklərini və onların yüksək bilik və bacarıq nümayiş etdirdiklərini vurğulayıb. Səməd Seyidov hazırda fakültədə ikinci xarici dil kimi polyak dilinin tədrisinin uğurla aparıldığını deyib.

Səfir Mikal Labenda ölkələr arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsindən məmnunluğunu bildirib. Bu istiqamətdə ADU ilə əməkdaşlığın geniş potensialının olduğunu nəzərə çatdırıb. Diplomat Polşa universitetləri və ADU arasında əməkdaşlıq perspektivlərinin genişlənməsindən razılığını ifadə edib. Mikal Labenda polyak dilinin universitetdə tədrisinin daha da yüksəlməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə həmçinin ADU-nun digər Polşa universitetləri ilə əlaqələri, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində polyak dilinin tədrisinin genişlənməsi ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR