Azərbaycanın İsveçrədəki səfiri Ümumdünya Poçt İttifaqının yeni baş direktoru ilə görüşüb - FOTO

Azərbaycanın İsveçrədəki səfiri Ümumdünya Poçt İttifaqının yeni baş direktoru ilə görüşüb - <span style="color: red;">FOTO
# 07 fevral 2013 07:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) yeni baş direktoru Bişar Əbdürəhman Hüsseyn ilə görüşüb.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, B.Ə.Hüsseyni ÜPİ-nin baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edən səfir Azərbaycanla ÜPİ arasında əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edib və bu əlaqələrin yeni baş direktorun fəaliyyəti müddətində daha da inkişaf edəcəyinə əmin olduğunu söyləyib.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, poçt xidmətləri sektorunda da ciddi irəliləyişlərə nail olunduğunu diqqətə çatdıran Ə.Zeynallı bu sahədə görülmüş işlərə dair həmsöhbətinə ətraflı məlumat verib.

ÜPİ-nin baş direktoru Azərbaycanda poçt sektorunun inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlərdən xəbərdar olduğunu bildirib və Azərbaycanda bu sahəyə göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. O, Azərbaycanı beynəlxalq poçt sektorunun inkişafına ciddi töhfə verən önəmli tərəfdaş olaraq xarakterizə edib və səlahiyyət müddəti dövründə ölkəmizlə daha da sıx əməkdaşlıq etmək niyyətində olduğunu vurğulayıb.

Sonda Ə.Zeynallı ÜPİ-nin baş direktorunu Azərbaycana rəsmi səfərə dəvət edib və sözügedən dəvət məmnuniyyətlə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR