Gələn il G8-in görüşləri Soçidə keçiriləcək

Gələn il G8-in görüşləri Soçidə keçiriləcək
# 04 fevral 2013 16:45 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın 2014-cü ildə G8-ə sədrliyi ilə əlaqədar Vladimir Putin “böyük səkkizlik” dövlət və hökumət başçılarının görüşlərinin Soçidə keçirilməsi ilə bağlı qərar imzalayıb.

APA-nın Kremlin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Putin həmçinin Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanovu Rusiyanın G8-də sədrliyi dövründə təşkilatçılıq işləri ilə bağlı komitəyə sədr təyin edib. Daha öncə bu vəzifəni Moskva meri Sergey Sobyanin icra edib.

“Böyük səkkizlik” - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya hökumətlərini birləşdirən beynəlxalq klubdur. Klubun dünyanın iqtisadi böhrandan çıxmasına həsr olunmuş növbəti görüşü 2013-cü ilin mayında Böyük Britaniyada keçiriləcək. Həmin görüşdə kluba sədrlik Rusiyaya ötürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR