Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 İyul - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 28 İyul - <span style="color: red;">VİDEO
# 28 iyul 2014 17:03 (UTC +04:00)

Bakı-APA. Soyuq müharibə terminini ilk dəfə televiziyadan eşitmişdim. İsti yay günlərində az qala hər gün “soyuq müharibə” sözünü eşitmək adamın canına bir sərinlik gətirirdi və uşaq ağlı ilə düşünürdük ki, nə soyuq müharibə, yayda da soyuq müharibə olar? Və elə bilirdik ki, bu müharibə haradasa uzaq şimalda getdiyinə görə adını “soyuq müharibə” qoyublar. Zaman keçdi, məktəbi bitirdik, dünyanı dərk etməyə başladıq, elə sovet hökuməti də dağıldı və soyuq müharibənin nə demək olduğunu anlamağa başladıq. Sən demə bu müharibə güllə atmadan bir-birini zəiflətmək, bir-birinə “xox” gəlmək müharibəsi imiş. Soyuq müharibə indi də davam edir, amma üsullar başqadır. Haaqa Məhkəməsinin Rusiya hökumətinə qarşı 50 milyard dollarlıq təzminat tələbi sürməsi, Rusiyanın ən kiçik muxtar qurumlarından birinin rəhbərinin o boyda Obamaya qadağa qoyması “soyuq müharibə”dir, Qərblə Rusiya arasında başlayan, davam edən və heç vaxt bitməyəcək müharibə...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR