Azərbaycan Novorossiysk limanından neftin ixracını 2 dəfə azaldıb

Azərbaycan Novorossiysk limanından neftin ixracını 2 dəfə azaldıb
# 02 sentyabr 2014 11:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin avqust ayında Novorossiysk limanından 84 760 ton xam neft ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə azdır.

Bu ilin 8 ayı ərzində Supsa limanından 242 076 ton xam neft ixrac edilib ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 23,2% azdır. Bu müddət ərzində Ceyhan limanından xam neftin ixracı 18,6% artaraq 1 942 635 ton təşkil edib.

Ümümilikdə, bu ilin yanvar-avqust ayları ərzində Novorossiysk limanından 677 785 ton xam neft ixrac edilib ki, bu da 2013-cü ilin analoji dövrünə nisbətdə 41,8% azdır.

Bu ilin 8 ayı ərzində Supsa limanından 10,4% çox və ya 2 029 456 ton, Ceyhan limanından isə 3,2% çox və ya 13 909 977 ton xam neft ixrac edilib. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR