Bakıda üç gün əvvəl 13-cü mərtəbədən düşən şəxsin intihar etdiyi məlum olub

Bakıda üç gün əvvəl 13-cü mərtəbədən düşən şəxsin intihar etdiyi məlum olub
# 07 yanvar 2015 08:16 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda 13-cü mərtəbədən düşən şəxsin intihar etdiyi məlum olub.

Xətai Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində yanvarın 4-də saat 21.50 radələrində rayonun Gəncə prospekti 80/82 ünvanından özünü atan Elxan Mehman oğlu Hacıyevin intihar etdiyi məlum olub.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü E.Hacıyev özünü 16 mərtəbəli binanın 13-cü mərtəbəsindən atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR