AGBI indeksi 0,9750, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 0,9750, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 12 mart 2012 06:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,0251 bənd və ya 2,5% azalaraq mart ayının 12-nə 0,9750 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməyib və 1,0001-a bərabər olub.

AGBI indeksinin enməsi bazar kapitallaşmasının azalması səbəbindən baş verib. Belə ki, matrın 9-da dövlət istiqrazların bir buraxılışı dövriyyədən çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR